Azərbaycanlı oğlan Rusiyada qətl törətdi
    • 18-04-2024, 13:33
    • 190

Azərbaycanlı oğlan Rusiyada qətl törətdi

Avtomobilini səkidə saxlayan "Toyota Camry" sürücüsü ilə mübahisə edən moskvalı bıçaqlanaraq öldürülüb.

News24.az "Unikal"a xəbər verir ki,  bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Krasnodarskaya küçəsindəki evlərin birinin həyətində parkinqlə bağlı münaqişə baş verib. 25 yaşlı Kirill nişanlısının yanına motosikletlə gəlib. Girişin yaxınlığındakı səkidə 21 yaşlı Azərbaycan sakini Şahin ağ rəngli “Toyota Camry” markalı avtomobili olub.

Geri qayıdarkən Kirill Toyota sürücüsünə səkidə və girişin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyini qeyd etdi. Buna cavab olaraq Şahin qışqırmağa və motosikletə görə gedə bilmədiyinə hirslənməyə başlayıb.

Şahin motosiklet sürücüsünü bıçaqlayıb. Kirill xəstəxanada dünyasını dəyişib. Hazırda hücumçunu axtarırlar.