Bayden İrana qarşı yeni sanksiyalar tətbiq etdi
    • 18-04-2024, 19:54
    • 237

Bayden İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Birləşmiş Ştatlar administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə keçən həftənin sonunda İsrailə hücumuna görə İrana qarşı sanksiyalar tətbiq edir. 

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yazılı açıqlama verib.

“İran İsrailə dünyanın ən böyük raket və pilotsuz təyyarə hücumlarından birini həyata keçirdi. ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdi. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu gün isə biz İranı məsuliyyətə cəlb edirik. Ona qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri tətbiq edirik”, - dövlət başçısı bildirib.

Mehriban Mirzəzadə