Ançelotti Arda barədə qərarını verdi
    • 20-04-2024, 08:04
    • 517

Ançelotti Arda barədə qərarını verdi


İspaniya təmsilçisi "Real"ın türkiyəli futbolçusu Arda Gülər icarə əsasında başqa kluba keçə bilər.

News24.az report-a istinadən xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti 19 yaşlı yarımmüdafiəçiyə əsas heyətdə oynaya biləcəyi komandaya keçməyi məsləhət görüb.

Arda Gülər 2023-cü ilin yayında Madrid təmsilçisinə transfer olunub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm "Real"ın heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqavilə müddəti 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.