"Ukrayna 50 PUA ilə Rusiyaya hücum etdi"
    • 20-04-2024, 14:50
    • 186

"Ukrayna 50 PUA ilə Rusiyaya hücum etdi"

“Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə edərək silsilə terror hücumunun qarşısı alınıb”.

News24.az xəbər verir ki, Rusiya nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə raket sistemlərinin 26-sı Belqorod, 10-u Bryansk, 8-i Kursk və 2-si Tula bölgəsində olmaqla ümumilikdə 50 PUA-nı məhv etdiyi; Smolensk, Ryazan, Kaluqa və Moskva vilayətlərində bir PUA-nın vurulduğu bildirilib.

Günel Məlikzadə