Pərviz Ələkbərov itkin düşdü
    • 22-04-2024, 11:16
    • 166

Pərviz Ələkbərov itkin düşdü

Naftalanda 18 yaşlı gənc itkin düşüb.

DİN-dən News24.az-a verilən məlumata görə, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 050-664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.