-
- 22-04-2024, 20:11
- 1 969
Qarabağdan çıxan Rusiya hərbçiləri ilə bağlı YENİ XƏBƏR
Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti ilə bağlı yeni xəbər var.
News24.az konkret.az-a istinadla xəbər verir ki, sözügedən hərbi kontingentə yeni tapşırıq verilib və onların Ukrayna cəbhəsinə göndəriləcəyi ehtimalı böyükdür.
Rusiyanın nüfuzlu pravda.ru saytı bununla bağlı aşağıdakıları yazıb:
“Əldə edilən məlumata görə, 2020-ci ilin payızından Dağlıq Qarabağda olan sülhməramlı kontingent bu həftədən etibarən geri çəkilməyə başlayıb. Kontingent 2 minə yaxın əsgərdən ibarət idi. Ağır texnikası olan hərbçilər dəmir yolu ilə Azərbaycan sərhədindən Dağıstana daşınır. Qərb mediası artıq onlarla kifayət qədər yeni BTR-82A zirehli transportyorlarının da daxil olduğu bu kontingentin tam qüvvə ilə Ukraynaya gedəcəyindən ehtiyat edir. Rusiyalı analitiklər artıq qeyd ediblər ki, bu, RF Silahlı Qüvvələri üçün yaxşı ehtiyat olacaq”.