İran prezidenti Pakistana getdi
    • 22-04-2024, 18:19
    • 104

İran prezidenti Pakistana getdi

İran prezidenti İbrahim Rəisi aprelin 22-dən 24-dək davam edəcək üç günlük rəsmi səfərlə Pakistana gəlib.

News24.az xəbər verir ki, bu barədə Radio Pakistan dövlət yayım korporasiyası məlumat yayıb.

Qeyd olunur ki, onu Nur Xan hava limanında Pakistanın federal mənzil və ictimai işlər naziri Riaz Hüseyn Pirzada hərarətlə qarşılayıb. Rəisi xanımı və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, eləcə də biznes nümayəndələri müşayiət edir.

Mehriban Mirzəzadə