Ukrayna hərbi yaşa çatmış kişilərə bu xidmətlərini dayandırır
    • 23-04-2024, 16:15
    • 161

Ukrayna hərbi yaşa çatmış kişilərə bu xidmətlərini dayandırır

Hərbi çatışmazlıqdan əziyyət çəkən Kiyev administrasiyası yeni qərar qəbul edib.

News24.az xəbər verir ki, Ukrayna ölkəyə qayıdanlar istisna olmaqla, xaricdə hərbi yaşda olan kişilər üçün konsulluq xidmətlərini dayandırdığını açıqlayıb.

Döyüş meydanında əsgər çatışmazlığı yaşayan Ukraynada xarici işlər naziri Dimitro Kuleba səfərbərlik yaşında olan kişilərə “ədalətli rəftar”ın təmin edilməsi üçün tədbirlər görülməsinə göstəriş verdiyini bəyan edib.

“Əsgərlik yaşında olan bir adam xaricə gedir, dövlətinə onun sağ qalmasına əhəmiyyət vermədiyini göstərir, sonra qayıdıb bu dövlətdən xidmət almaq istəyir”, - Kuleba bildirib.

"İşlər belə getmir. Ölkəmiz müharibə vəziyyətindədir", - deyən Kuleba Xarici İşlər Nazirliyinin hərbi yaşda olan kişilərin konsulluq xidməti alması prosedurunu tezliklə dəqiqləşəcəyini bildirib.

Günel Məlikzadə