Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
    • 24-04-2024, 10:13
    • 161

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib.

News24.az Milli.Az-a istinadla bildirir ki, Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.