Bakıda uşaqlarla DİLƏNƏN QADINLAR - ÖZƏL VİDEO
    • 24-04-2024, 20:15
    • 567

Bakıda uşaqlarla DİLƏNƏN QADINLAR - ÖZƏL VİDEO

Xəbər verdiyimiz kimi, son vaxtlar Bakı küçələrində uşaqları ilə birlikdə dilənən qadınların sayı artıb.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov News24.az-a bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır. Daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir. 

Yetkinlik yaşına çatmayan şəxsin valideyni və ya digər yetkinlik yaşına çatmış şəxs tərəfindən dilənçiliyə sövq edilməsi faktları aşkarlandıqda Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülür. Şəxslər qeydiyyatda olduğu əraziyə göndərilir və haldan asılı olaraq diləndirilən azyaşlının müvafiq sığınacağa yerləşdirilməsi təmin olunur.

Ətraflı RTV-də izləyə bilərsiniz: