Məktəbdə bıçaqlı hücum: 3 nəfər yaralandı
    • 24-04-2024, 22:50
    • 185

Məktəbdə bıçaqlı hücum: 3 nəfər yaralandı

İngilis mətbuatında yer alan xəbərə görə, Uelsdəki Ysgol Dyffryn Amman məktəbinə (Amman Valley School) bıçaqlı hücum hadisəsi baş verib.

News24.az xəbər verir ki, bir çox valideyn sosial şəbəkələrdə məktəbin giriş-çıxışlarının bağlandığı barədə mesajlar paylaşıb.

Qeyd edək ki, hadisədə 3 nəfərin yaralandığı, 1 nəfərin isə nəzarətə alındığı bildirilib.

Günel Məlikzadə