Tanınmış aktrisa qəzaya düşdü - FOTO
    • 25-04-2024, 14:10
    • 156

Tanınmış aktrisa qəzaya düşdü - FOTO

Uzun illərdir ABŞ-da yaşayan Yeşilçamın usta adlarından olan Ahu Tuğba Los-Ancelesdə baş verən yol qəzasında yaralanıb. Qəzada qabırğası qırılan Tuğba 8 saat davam edən əməliyyatdan sonra reanimasiyaya aparılıb.

News24.az xəbər verir ki, Ahu Tuğbanın əməliyyatdan sonrakı vəziyyətinin stabil olduğu və müalicəsinin reanimasiyada davam etdiyi öyrənilib.

İddiaya görə, Ahu Tuğba Türkiyədən gələn telefon zəngindən sonra qəzəblə sükan arxasına əyləşib. Telefonda aldığı xəbər evinin söküləcəyi, yerinə yol çəkiləcəyi ilə bağlı olub.

Günel Məlikzadə