Əhaliyə XƏBƏRDARLIQ: Aprelin 27-dək...
    • 25-04-2024, 14:11
    • 316

Əhaliyə XƏBƏRDARLIQ: Aprelin 27-dək...

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. 


News24.az lent.az-a istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu, aprel ayındakı sonuncu maqnit qasırğasıdır.

 

Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların səhhətinə təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə) olan günəş aktivliyi gözlənilir.

 

Hava şəraitindən asılı olaraq, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların səhhəti pisləşə bilər. Xüsusilə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaq ağrıları, yorğunluq və yuxusuzluqdan əziyyət çəkə bilərlər.

 

Maqnit qasırğasının mənfi təsirini azaltmaq üçün bu tövsiyələrə əməl edilməlidir:

 

• gecə yaxşı yatmaq;

 

• daha çox göyərti yemək

 

• daha çox su içmək;

 

• alkoqol və kofein istehlakını məhdudlaşdırmaq

 

• məşqlər etmək