Elzanın illər əvvəl boşandığı həyat yoldaşı üzə çıxdı - VİDEO
    • 25-04-2024, 15:22
    • 239

Elzanın illər əvvəl boşandığı həyat yoldaşı üzə çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahanın illər əvvəl boşandığı həyat yoldaşı üzə çıxıb.

News24.az "Bizim.media"ya istinadən bildirir ki, o, skripkaçı oğlu Əkbərin övladının doğum günündə iştirakı zamanı "Elgizlə izlə" ictimai-sosial verilişinin kameralarına tuş gəlib.

Sənətçinin əri kameranı görən kimi əyləşdiyi masadan ayağa qalxıb və müsahibə verməkdən imtina edib.

Elza ərinin bu hərəkətini efirə çıxmaq istəməməsi ilə əlaqələndirib:

"Keşmiş həyat yoldaşımı hər zaman uşaqlarımın və nəvələrimin xoş günündə şəxsən özüm məclisimizə dəvət edirəm. Uşaqlarım atasız heç zaman qalmayıblar. Mən ərsiz qalmışam. O efirə çıxmağı və kameraların onun çəkməsini sevmir. Ona görə də müsahibə verməkdən də imtina edir".

Qeyd edək ki, Elzanın Əkbərdən savayı Gülşən adlı qızı da var.