“Qəbələ”nin futbolçusu əməliyyat olunub
    • 25-04-2024, 16:37
    • 265

“Qəbələ”nin futbolçusu əməliyyat olunub

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.