Türkiyəli aktrisa ana oldu
    • 27-04-2024, 11:47
    • 237

Türkiyəli aktrisa ana oldu

Bir neçə ay əvvəl hamilə olduğunu və qız övladı gözlədiyini açıqlayan Qonca Vuslateri keçən ay sevgilisi Levent bəylə ailə qurub.

News24.az xəbər verir ki, toyda çəkdirdiyi şəkli sosial media hesabında paylaşan məşhur aktyor "Biz onsuz da evli idik. Övladımız üçün bunu rəsmiləşdirdik" deyib.

Daha əvvəl qızının adını Asya qoyacağını açıqlayan Qonca Vuslateridən şad xəbər gəlib.

Başak Sayan yaxın rəfiqəsinin ana olduğunu "Xoş gəldin Asya balam... Səni çox gözlədik" sözləri ilə açıqlayıb.

Sonra Başak Sayan daha bir paylaşım edərək, Qonca Vuslateriyə "Allah onu valideynləri ilə birlikdə böyütsün inşallah" deyə paylaşıb.

Günel Məlikzadə