Çingiz Mustafayev ölkədən gedir
    • 29-04-2024, 13:28
    • 763

Çingiz Mustafayev ölkədən gedir

Müğənni Çingiz Mustafayev həmişəlik xaricdə yaşamaq qərarı alıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi "İncə səhər"ə danışıb:

"O biri ayağımın harada olduğu bəlli deyil. Artıq bəlli olmağını istəyirəm. İki gündür Bakıdayam, burada işlərim olanda onu həll etməyə gəlirəm. Tək gedirəm, arada ailə üzvlərimi də aparıram. Normalda gəlib burada onlarla vaxt keçirirəm, sonra qaçıram, çox qala bilmirəm. Böyük ehtimalla artıq xaricdə yaşayacağam. Çox seçim var idi. Hələ ki, mənə ən rahat olanı Türkiyədir".