-
- 5-10-2024, 22:28
- 474
17 yaşlı futbolçu La Liqanın ən yaxşısı oldu
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
News24.az QOL.az-a istinadla xəbər verir ki, bu ada "Barselona"nın futbolçusu Lamin Yamal layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçidən başqa, bu ada Kilian Mbappe ("Real"), İnyaki Uilyams ("Atletik"), Covani Lo Selso ("Betis") və Karlos Visenteni ("Alaves") də namizəd idi.
Qeyd edək ki, Lamin Yamal sentyabr ayında La Liqada 4 oyunda 3 qol vurub, 1 qol ötürməsi verib.