-
- 29-04-2024, 22:20
- 276
"Qəzzadakı müharibə 1948-ci ildən bəri ən pis böhrandır"
Yaxın Şərq turu çərçivəsində diplomatik təmaslar üçün Səudiyyə Ərəbistanına gedən ABŞ dövlət katibi Antoni Blinkenin növbəti dayanacaqları bəlli olub.
News24.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin çərşənbə gününə qədər davam edəcək Yaxın Şərq turu çərçivəsində İordaniya və İsrailə səfər edəcəyi bildirilib.
Qeyd edək ki, Blinken açıqlamasında Qəzza zolağındakı müharibəni “1948-ci ildən bəri ən pis böhran” kimi qiymətləndirib.
Blinken əlavə edib ki, Birləşmiş Ştatlar Qəzza zolağında hücumları dayandırmağa və münaqişənin daha geniş bölgəyə yayılmasının qarşısını almağa çalışır.
ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada, Birləşmiş Ştatlar son bir neçə həftə ərzində Qəzzada humanitar vəziyyətdə "ölçülə bilən irəliləyiş" gördüklərini söylədi. Blinken açıqlamasında İsraili daha çox iş görməyə çağırıb.
Ər-Riyadda ABŞ-Körfəz Əməkdaşlıq Şurasının iclasının açılışında danışan Blinken Qəzzada humanitar böhranı aradan qaldırmağın ən təsirli yolunun “atəşkəsin yaradılması” olduğunu bildirib.
O, həmçinin əlavə edib ki, Vaşinqton Qəzza müharibəsinin yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir.
Günel Məlikzadə