Baş nazir Sançes qərarını verdi
    • 29-04-2024, 22:50
    • 232

Baş nazir Sançes qərarını verdi

İspaniyanın baş naziri Pedro Sançes öz vəzifəsini davam etdirəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Sançes bu gün verdiyi açıqlamada baş nazir kürsüsündə qalıb-qalmayacağı ilə bağlı bir müddət fikirləşdikdən sonra ölkə lideri kimi vəzifəsini davam etdirmək qərarına gəldiyini açıqlayıb.

Qeyd edək ki, Baş nazirin istefa qərarı televiziyada yayımlanan bəyanatda açıqlanıb.

Xatırladaq ki, 52 yaşlı İspaniyanın baş naziri Pedro Sançes məhkəmənin həyat yoldaşına qarşı korrupsiya iddiaları ilə bağlı araşdırma başlatmasından sonra istefa verməyi düşündüyünü açıqlayıb.

Sosialist lider verdiyi yazılı açıqlamasında "hökumətə rəhbərlik etməyə davam etmək və ya bu şərəfi rədd etmək" mövzusunda təcili qərar verməli olduğunu bildirib. Qərarını aprelin 29-da bazar ertəsi açıqlayacağını qeyd edib..

Günel Məlikzadə