2 maşın toqquşdu, 2 nəfər yaralandı
    • 29-04-2024, 18:15
    • 167

2 maşın toqquşdu, 2 nəfər yaralandı


Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar -

Əzizov Aqşin və Əzizova Günel Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.