Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
    • 26-03-2024, 23:56
    • 228

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var


Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.