Azərbaycanda bank işçiləri saxta metalı qızıl adı ilə sənədləşdirdilər – ŞOK FIRILDAQ
    • 4-05-2019, 11:31
    • 1 154

Azərbaycanda bank işçiləri saxta metalı qızıl adı ilə sənədləşdirdilər – ŞOK FIRILDAQ

Masallı rayonunda fəaliyyət göstərmiş və dələduzluq əməlinə görə həbs edilmiş bank filialının sabiq əməkdaşı Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, müştrilərin külli miqdarda pulunu mənimsədiyi üçün Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vrmaqla dələduzluq əməli törətmə maddəsi ilə məhkum edilmiş Həsənov Coşqun Rahib oğlu işin yenidən araşdırılmasını xahiş edib. İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Parabank” ASC-nin “Masallı” şöbəsinin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin “Masallı” şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənovun, sabiq xəzinədar Əmrağa Həsənovun, qiymətləndirici zərgər Rəhman Ağayevin və digərlərinin qabaqcadan əlbir olması müəyyən olunub: “Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaların qablaşdırıblar. Bundan başqa, girov qismində qəbul edilən qiymətli metalların qiymətini süni surətdə şişirdilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Bu yollarla cəmiyyətə 127 min manat məbləğində ziyan vurulub.

C.Həsənovun 13 müştəri üzrə banka ödənilməli olan 15 min 500 manat məbləğində pul vəsaitini mənimsəməsində də şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb”.