"15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz?" SAMİRƏDƏN CAVAB
    • 4-05-2019, 15:48
    • 3 363

"15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz?" SAMİRƏDƏN CAVAB

Keçmiş aparıcı Samirə Mustafayeva tənqidlərə cavab verib.

News24.az xəbər verir ki, o, haqqında yazılan xəbərlərin başlıqlarından şikayət edərək bunları yazıb: “Uzun zamandan sonra qərara gəldim ki, cavabsız buraxmayım. Çünki susduqca, siz susmursuz. Amma öncə yerləşdirdiyim şəkli çevirərək oxuyun. Əvvəla mən artıq 4 ildir ki, nə aparıcıyam, nə aktrisa, nə mügənni ,nə də məhşur biri. Sadə vətəndaşam. Bir neçə gün öncə öz paylaşdığım videodan görüntümü goturub, jurnalistikaya yad, yəni öz mövqeyini tutaraq istifadə eden keçmiş həmkarlarım , yəqin ki, bu işin məhkəməlik ola biləcəyindən də xəbərsiz deyildiz. Siz cox gözəl bilirsiz ki, başlıqda necə yönləndirmə etsəz, elə də kommenlərdə rəy alacaqsız. Və adi bir vətəndaşın ad və nüfuzuna xələl gətirəcək yazınıza görə həmən şəxs təzminat tələb etməkdə haqlıdı. Vaxtilə bu peşənin çörəyini yediyim üçün, keçmiş olsun. Nolar çörəyimizi halal yeyək, həyat bumeranqdı. Başa düşürəm, həmin gün gündəmi zəbt edəcək yeni hadisə yox idi. Amma görəsən kimə nə fayda verdi Samirənin görkəmindəki dəyişiklik? Hər gün korpə qız və oğlanların cinsi zorakılığa məruz qalması, gənc qızların intiharı, narkomaniya, cinsiyyətini qadına dəyişən kişilərdən vacibdirmi Samirənin görkəminin dəyişməsi? Yəni bu qədərmi qlobal məsələ idi bu?? Bekarmı qalmısız?? Yoxsa nə, nədi dərdiniz? Ay jurnalist kimi hörmətli adı daşıyan keçmiş həmkarlarım, dostlarım 15 il gecə gündüz ,bayram, yas bilmədən əziyyət çəkib çalışdım, bu gün bu sahədə çalışan bəzi gənc jurnalistlərə dəstək oldum, ən ali mükafatımı cənab prezidentin tərəqqi medalı ilə təltif olundum, təki komment çox olsun deyə, yazdığınız gülünc məlumatla, 15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz? 1 günlük reytinqəmi? Nə verdi axı bu sizə? Xəbər yazın, xəbər araşdırın, qarşı tərəf olmadan yalan, təsdiqlənməmiş məlumatlarla gündəmi zəbt etməyin. İntihar, zorakılıq , gizlin görüntüləri, yaymaqla belə halların baş verməsini daha da genişləndirirsiz. Onun əvəzinə o boşlugu havanın necə olacağı, valyuta məzənnəsi, məktəblərdə tətil tarixi və s bu kimi informativ məlumatlarla doldursaz vAllah daha faydalıdı. Yox əgər müsahibə istəyirsiz, nə gözəl. Bu gün övladımı böyütmək üçün , özüm öz ayagımda dayanmam üçün 4 ölkədə əziyyət çəkib öyrəndiyim peşəyə aid suallarla müraciət edin.

Bir xəbər aparıcısının, sonda bir qadının zəhmətlə başqa bir sahədə yeni nailiyyətlərə necə yiyələndiyini işıqlandırın. Çətindimi yaxşılıq etmək??”

S.Mustafayeva görünüşündə etdiyi dəyişikliklərin müzakirə olunmasına da münasibət bildirib: “O ki, qaldı görkəmə Görkəmimi yuxarıda qeyd etdiyim kimi, sizə görk etmədiyimə görə bu barədə çox yazmaq istəməzdim. Nə kosmetoloqların gelinin hamısını mən istifadə etmişəm, nədə estetik cərrahların yanına yazılma növbəsini tək mən doldurmuşam. Nə etmişəm, özümə etmişəm və güzgüyə baxdıgımda halımdan da məmnunam. İllər keçməsinə baxmayaraq pis, yaxşı məni xatırladıgınız üçün  təşəkkür. Və sonda çox xahiş edirəm, boşanma ərəfəmdən bu günə kimi nə yazdınızsa susdum, cavab vermədim, hər kommentdə bilib, bilmədən yazdığınız sözlərə görə nələr keçirdiyimdən xəbəriniz olmadı. Bu barədə çox dərinə getmək istəməzdim, xahiş edirəm başımı salıb uşağımı böyüdürəm. Mənimlə işiniz olmasın. Görürəm ki, mən susduqca, siz susmursuz. Gündəmdə olmaq istəsəydim, tv kanallar, saytlar üzümə açıqdı. Məhşur olmaq həvəsim qalsaydı hətta öz instaqram səhifəmdən belə istifadə edə bilərdim. Çox rica edirəm , məni belə məsələlərlə gündəmə gətirməyin. Həyatda heç birimiz heç nədən sığortalı deyilik . Bu gün mənim üçün düzgün, doğru yaşamaq, əvvəlki zamanlardan daha çətindi, hər şeydə böyuk məsuliyyət daşıyıram... Qarşıdan ramazan ayı gəlir. Tutduğunuz oruc və niyyətləriniz Allahdan qəbul olunması , günahlarımızın bagışlanması və qəlbimizdə mərhəmət hissinin artması diləyi ilə...”