Keçmiş həyat yoldaşının boğazını kəsən şəxs tutuldu
    • 8-10-2019, 21:49
    • 731

Keçmiş həyat yoldaşının boğazını kəsən şəxs tutuldu

Bu gün səhər saatlarında 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızına ağır xəsarət yetirən şəxs saxlanılıb.  


News24.az xəbər verir ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məhərrəm Sirati həbs olunub.  


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər bir müddət öncə boşanıblar.