-
- 4-05-2019, 16:33
- 1 833
“Bu torpağı canı-qanı bilirdi" Şəhid Vüqar Nəcəfovun qardaşı
24 yaşlı şəhid zabit Nəcəfov Vüqar Telman oğlunun anım mərasimi keçirilib.
News24.az-ın xəbərinə görə, Yasamal rayonu 173 saylı orta məktəbdə şəhid zabit Vüqar Nəcəfovun anım mərasimi keçirilib. Tədbirdə şəhidin qardaşı, polis baş leytenantı İlqar Nəcəfov iştirak edib. O, Vüqarla bağlı xatirələrini bölüşüb.
Bildirib ki, Vüqar torpağını, vətənini canı-qanı kimi sevib. Onun adı ilə hər zaman qürur duyuram”.
Qeyd edək ki, Vüqar Nəcəfov məktəbi bitirdikdən sonra hərbi təhsil alıb. Daha sonra şəhid zabit, xidmət üçün birbaşa cəbhə bölgəsinə yollanıb.
Gənc zabit ömrünün 24-cü baharında vətən torpaqlarının müdafiə uğrunda həlak olub. Doğum günündən 16 gün sonra ən uca zirvəyə, şəhidlik məqamına yüksəlib.
Vüqardan xatirə təhsil aldığı məktəbdə onun adına xüsusi güşə yaradılıb. Təhsil aldığı məktəbin kollektivi hər il şəhidin doğum günü ərəfindən onun anım tədbirini keçirib. Bədii hissədə Vüqar Nəcəfovun döyüş yolundan, onun həyatından bəhs edən tamaşa nümayiş olunub. Daha sonra Qarabağ savaşından, son olaraq isə aprel hadisələrində ordumuzun şücaətindən söhbətlər açılıb. Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər ordumuzdan şəhid zabitlə bağlı xatirələrindən bəhs ediblər.
Tədbirdə çıxış edən Şəhid Vüqar Nəcəfovun ailə üzvlə övladlarına olan diqqət və hörmətə görə, məktəb rəhbərliyinə təşəkkür ediblər. Təhsil ocağınında və ümumiyyətlə gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunmasında belə görüşlərin və anim mərasimlərinin keçirilməsinin təqdirəlayiq hal olduğu vurğulanıb.
Qeyd edək ki , tədbirin təşkilatçısı jurnalist Pərvanə Əmənovadır.