Şəhid Elşən Xəlilovun medalı ailəsinə təqdim olunub
    • 29-06-2019, 17:56
    • 1 506

Şəhid Elşən Xəlilovun medalı ailəsinə təqdim olunub

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev medalı şəhidin atası Vüqar Xəlilova təqdim ediblər.

Qeyd edək ki, Elşən Xəlilov iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. /APA/