iOS 18 tezliklə buraxılacaq: “iPhone” tarixində ən böyük yeniləmə
    • 4-05-2024, 16:30
    • 403

iOS 18 tezliklə buraxılacaq: “iPhone” tarixində ən böyük yeniləmə

iOS 18-in beta versiyasının buraxılışı tezliklə geniş auditoriyaya təqdim olunacaq. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, onun buraxılması ərəfəsində yeni əməliyyat sisteminin əsas funksiyaları arasında məlumatlar yayılıb.

Hələlik “Apple” gələcək ƏS-nin xüsusiyyətlərini və onu quraşdıra biləcək smartfonları açıqlamayıb. Lakin bildirilir ki, iOS 18-in “iPhone” tarixində ən böyük proqram yeniləməsi olacaq.

Ən çox gözlənilən xüsusiyyətlər arasında isə aşağıdakılar mövcuddur. 

Süni intellekt: iOS 18-də “Siri”, “Apple Music”, “Mesajlar”, “Sağlamlıq” və sair üçün yeni generativ süni intellekt xüsusiyyətləri olacaq. “Apple” bu funksiyaların cihazlarda internet olmadan da istifadə oluna bilməsi üçün çalışır.

Daha çox fərdiləşdirilə bilən ev ekranı -  “Android” kimi istifadəçilərə də iş masasını istədikləri kimi fərdiləşdirməyə icazə veriləcək. Məsələn, ikonaların düzülməsini sərbəst dəyişə bilərsiniz.

RCS mesajlaşma standartı üçün dəstək - SMS ilə müqayisədə bu standart mobil şəbəkə deyil, internet üzərindən işləyir, yəni Android istifadəçiləri ilə “iMessage” vasitəsilə faktiki olaraq pulsuz ünsiyyətə imkan verəcək. Hazırda yalnız “iPhone” sahibləri bu imkana malikdir.

"Apple" xəritələrində fərdi istiqamətlər - Xüsusi marşrutlar və topoqrafik xəritələr də daxil olmaqla, iOS 18-də ən azı iki yeni Xəritə funksiyası gözlənilir. Onlar sizə istifadəçilərin keçmək istədikləri nöqtələri təyin etməyə imkan verəcək.

Safari brauzeri üçün AI tarama köməkçisi - Potensial olaraq iOS 18-ə gələcək yeni generativ süni intellekt funksiyası Safari brauzer köməkçisidir, lakin konkret təfərrüatlar hələ məlum deyil.

iOS 18 həmçinin “AirPods Pro” qulaqlıqları üçün eşitmə cihazı rejimi, yenilənmiş “CarPlay”, paylaşılan “Apple Music” çalğı siyahıları, otellərdə televizorlara sürətli qoşulma funksiyası və digər funksiyalar əlavə edəcək.

Qeyd edilir ki, yeni funksiyaların əksəriyyəti yalnız “iPhone 16”da istifadə olunacaq, əvvəlki modellər isə yeni funksiyaların yalnız bir qismini alacaq.