Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ
    • 6-05-2024, 13:46
    • 148

Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib.

News24.az Viral.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

O, bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri olub.

Bu təyinata qədər DGK sədrinin 2 müşaviri var idi. Artıq müşavirlərin sayı 3-ə çatıb.