NƏHAYƏT: Putin prezidentlik şəhadətnaməsini aldı
    • 16-04-2024, 21:00
    • 122

NƏHAYƏT: Putin prezidentlik şəhadətnaməsini aldı

Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb. Pamfilova Rusiya Federasiyasının prezidenti seçkilərində qalib gələn Putinə seçki şəhadətnaməsini təqdim edib.

News24.az xəbər verir ki, Putin çıxışında həm Mərkəzi Seçki Komissiyasında, həm də yerli işçilərə təşəkkür edərək, “Bu iş çox çətin idi, başa düşürəm. Amma bu, ölkə üçün, dövlətin daxili sabitliyi üçün, xüsusən də bu gün çox vacib idi” dedi.

Xatırladaq ki, Rusiya Federasiyasında prezident seçkiləri martın 15-17-də keçirilib. Namizəd olan hazırkı prezident Putin 87,28 faiz səslə qalib gəlib.

Yenidən seçilən Putin daha 6 il vəzifəsində qalacaq. May ayında hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra and içəcək və 5-ci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayacaq.

Günel Məlikzadə