SEL FƏLAKƏTİ: Ölən və itkin düşənlər var
    • 7-05-2024, 09:15
    • 180

SEL FƏLAKƏTİ: Ölən və itkin düşənlər var

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 84-ə, itkin düşənlərin sayı isə 111-ə yüksəlib.

News24.az xəbər verir ki, Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada silahlı qüvvələrin dəstəklədiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.


Qeyd edək ki, 840 mindən çox insan daşqın və maddi ziyandan mənfi təsirlənsə də, 121 min 957 nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Yerli medianın məlumatına görə, bir milyondan çox insan əsas ehtiyaclara çıxışda ciddi çətinliklərlə üzləşib. 98 şəhərdə elektrik və internet xidmətləri tamamilə sıradan çıxıb.

Günel Məlikzadə