5 aylıq körpə infarkt keçirdi: Ana həbs olundu
    • 7-05-2024, 10:33
    • 151

5 aylıq körpə infarkt keçirdi: Ana həbs olundu

İngiltərədəki Legoland Windsor əyləncə parkında 5 aylıq körpə infarkt keçirib. Polis xəstəxanaya aparılan körpənin vəziyyətinin ağır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, 27 yaşlı ana övladına laqeyd yanaşaraq "yaralanmaya səbəb olmaqda" şübhəli bilinərək həbs edilib. Lakin o, zaminə buraxılıb.

Uşaq İstismarının Təhqiqat Bölməsindən Det Con Zoe Eele deyib:

"İlk olaraq qeyd etməliyik ki, uşaq infarkt keçirdikdən sonra xəstəxanada ağır vəziyyətdədir. Biz Legoland Windsor Resort-un komandası ilə yaxından işləyirik. İctimaiyyətdən hadisə ilə bağlı spekulyasiyalardan qaçmağı və uşağın ailəsinə hörmət etməyi xahiş edirəm".

“Başqa şübhəli yoxdur”

Polis hadisə ilə bağlı başqa şübhəliləri axtarmadıqlarını bildirib. Tema parkı tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr işlədilib:

"Cümə axşamı gənc qonaq xəstələnib. Tam təlim keçmiş ilk yardım qrupumuz təcili yardım xidmətləri gələnə qədər ilk yardım edib. Davam edən istintaqda Temza Vadisi Polisinə dəstək verməyə davam edəcəyik".

Günel Məlikzadə