"Fond bərpa-quruculuq işlərində fəal iştirak edir" - Deputat
    • 7-05-2024, 11:33
    • 100

"Fond bərpa-quruculuq işlərində fəal iştirak edir" - Deputat

Azərbaycan Respuplikasının vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə veteranlarımız ən keyfiyyətli protezlərlə təmin edilib. 

News24.az xəbər verir ki, deputat Soltan Məmmədov Milli Məclisdə çıxışı zamanı bildirib.

Millət vəkili əlavə edib ki, Fondun təşəbbüsü ilə mədəni irsimiz həm qorunmuş, həm də dünyaya tanıdılmışdır.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir: "Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir".

Şəhanə