Məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıldı
    • 7-05-2024, 11:36
    • 100

Məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıldı

Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.

News24.az-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.