Azərbaycan kubokunun qalibi məlum olub
    • 7-05-2024, 22:53
    • 225

Azərbaycan kubokunun qalibi məlum olub


Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

News24.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb