NATO sammiti bu tarixdə keçiriləcək
    • 8-05-2024, 16:01
    • 100

NATO sammiti bu tarixdə keçiriləcək

Atlantika Alyansının sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mətbuat xidmətinin yaydığı məlumatda qeyd edib.

“ABŞ 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək, proqram daha sonra açıqlanacaq”, - məlumatda deyilir.

Mehriban Mirzəzadə