-
- 6-05-2019, 13:11
- 944
Bakıda məhkəmə-hüquq sistemində islahatlarla bağlı konfrans keçirilib
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə konfrans keçirilib.
News24.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak edib.
“AmCham”-ın direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransı açıq elan edərək iştirakçıları salamlayıb öz çıxışlarında konfransın keçirilməsinin məqsədi və islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışıb.
Bundan sonra Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs edib və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğulayıb.
Gündüz Kərimov qeyd edib ki, aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daimi diqqətinin bariz nümunəsidir.
Sonda Gündüz Kərimov dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.
Daha sonra müzakirələr zamanı, AmCham-ın Direktorlar Şurasının üzvü İlqar Mehti, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq- mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov, “AtaHoldinq”-in Hüquq departamentinin direktoru Qorxmaz Ağayev və “Dentons Bakı” hüquq firmasının idarəedici ortağı Ceyms Hoqan çıxış edərək, islahatların əsas istiqamətləri, ədalət mühakiməsi mexanizmlərinin effektivliyinin artırılması, AmCham-ın islahatlardan gözləntiləri və islahatlar barədə təklifləri, məhkəmələrə müraciət, ixtisaslaşmış məhkəmənin yaradılması, icra sisteminin təkmilləşdirilməsi, habelə mediasiya və beynəlxalq arbitraj məhkəmələrinin təşviqi kimi mühüm məsələlər barədə danışdılar.
Afaq Mirayiq