-
- 20-05-2019, 12:19
- 1 843
Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov: - "İslahatların dəstəklənməsinə ehtiyac var"
Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb.
News24.az "Trend"-iə istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə deyib.
G.Kərimov qeyd edib: “Həmin işlərdən 17 307-sini inzibati işlər təşkil edir, 5 mini iqtisadi işlərdir. Ötən il Azərbaycanda birinci instansiyada 12 539 cinayət işinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə bitib"
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda davamlı islahatlar həyata keçirilir: “Misal üçün son bir neçə ili götürsək, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznes Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, 2018-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan fərmanın imzalanması, Dövlət Turizm Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət orqanları ilə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatların hamısı növbəti addımlar üçün zəmin yaradıb. Növbəti addım isə bu gün müzakirə etdiyimiz məhkəmə-hüquq sahəsində görülən işlərdir”.
G.Kərimov qeyd edib ki, Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi ilə bağlı imzalanan fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur: "Son dövrdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Bütövlükdə fərmanın əsas məqsədi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, məhkəmələrin nüfuzunun artırılmasıdır. Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib. Belə ki, cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib".