-
- 6-05-2019, 14:00
- 825
Sərhəddə külli miqdarda psixotrop maddə AŞKARLANIB
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
DGK-nın Mətbuat Xidmətindən News24.az-a verilən məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Yusubov Mahir Əbdülağa oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi, sellofan torbaların içərisində polietilenə bükülərək qablaşdırılmış 1 ədəd bağlamada, xalis çəkisi 1028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.