Daxili orqanında psixotrop maddə keçirən qadın SAXLANILDI - FOTO
    • 17-05-2019, 12:12
    • 820

Daxili orqanında psixotrop maddə keçirən qadın SAXLANILDI - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - c aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.