Arsenal Jorginyonun seçimindən istifadə etdi
    • 9-05-2024, 23:00
    • 236

Arsenal Jorginyonun seçimindən istifadə etdi

Ötən mövsüm ara transfer dövründə "Çelsi"dən "Arsenal"a keçən Jorginyonun müqaviləsi uzadılıb.

News24.az Fabrizio Romanonun xəbərinə istinadən bildirir ki, Şimali London komandasının italyan futbolçu ilə 2025-ci ilə qədər yeni müqavilə imzaladığı iddia edilib.

Qeyd edək ki, bu mövsüm "Arsenal"ın heyətində 35 rəsmi oyuna çıxan Jorginyo 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Günel Məlikzadə