Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər
    • 10-05-2024, 13:54
    • 576

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısını ala bilər.

News24.az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Annals of Surgery" (AOS) jurnalında dərc olunub.

Alimlər bu xəstəlikdən əziyyət çəkən 1065 nəfərin şiş toxuması nümunələrini təhlil ediblər. Onlar aşkar ediblər ki, appendektomiya keçirmiş şəxslərdə "Fusobacterium nucleatum" bakteriyası ilə əlaqəli bağırsaq xərçənginin spesifik növünün inkişaf riski azalıb.

Alimlər izah ediblər ki, bu mikroorqanizmlər appendiksdə koloniyalaşır. Onların "yuvası" olan appendiksin çıxarılması potensial olaraq bu mikrobların bağırsağın digər hissələrinə keçməsinin və xərçəng şişlərinin yaranmasının qarşısını alır.