142 jurnalist öldürüldü
    • 11-05-2024, 09:51
    • 264

142 jurnalist öldürüldü

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Qəzzanın şimalında və mərkəzi hissəsində bir çox nöqtəyə hücumlar təşkil edib.

News24.az xəbər verir ki, jurnalist Baha Ukaşe, həyat yoldaşı və oğlu şimaldakı Cibaliya Qaçqınlar Düşərgəsindəki evə hücumda həyatını itirib.

Qəzza şəhərinin mərkəzinin köhnə şəhər ərazisində Siyam ailəsinin evinə edilən hücumda çoxlu sayda insan ölüb və yaralanıb.

7 ayda 142 jurnalist öldürülüb

Yenə Qəzza şəhərinin Əz-Zeytun və Əs-Səbra məhəllələrində iki evə edilən hücumlarda çox sayda insan ölüb və yaralanıb.

Həkim qrupları Sabra rayonunda hədəf alınan evdə ən az 3 nəfərin cəsədini aşkar edərkən, mülki müdafiə və tibb qruplarının İsrail ordusunun işğalı altında olan Zeytun rayonuna çatmaqda çətinlik çəkdiyi bildirilib.

Qəzza zolağının mərkəzi hissəsindəki hücumların hədəfi Əz-Zəvayidə qəsəbəsi və Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi olub. Buradakı hücumlarda çoxlu sayda insan ölüb və yaralanıb.

Hökumətin Qəzzadakı media ofisi mayın 6-da bildirib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 142-yə çatıb.

Günel Məlikzadə