-
- 9-05-2024, 14:47
- 350
Çarlz Harrinin vəzifəsini Şahzadə Uilyama VERDİ
İngiltərədəki krallıq vəzifələrini tərk edərək 2020-ci ildə ABŞ-a köçən Şahzadə Harri ilə bağlı Kral Çarlzdan yeni bir addım gəlib.
News24.az xəbər verir ki, Bukingem Sarayı Çarlzın Harrinin Ordu Hava Korpusunun Qərargah polkovniki vəzifəsini böyük qardaşı Şahzadə Uilyama təhvil verəcəyini açıqlayıb.
Təhvil-təslim rəsmi olaraq mayın 13-də Middle Wallopdakı Ordu Aviasiya Mərkəzində keçiriləcək.
Saraydan edilən şərhdə; "Kral Ordu Hərbi Hava Qüvvələrinin polkovniki vəzifəsini rəsmi olaraq Uels şahzadəsinə təhvil verəcək" deyib.
Həmçinin açıqlamada; Çarlzın Uels Şahzadəsi rütbəsi alarkən 31 il qərargah polkovniki kimi xidmət etdiyi vurğulanıb.
Digər tərəfdən, Şahzadə Harri Invictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Londona gedib. Lakin bu dəfə sarayın qapıları onun üzünə bağlı olub.
Şahzadə Harrinin sözçüsü verdiyi açıqlamada "Kral Çarlzın sıx qrafiki səbəbindən bu həftə görüş mümkün olmayacaq" deyib.
"Dük, əlbəttə ki, atasının cədvəlini və digər müxtəlif prioritetlərini başa düşür və onu tezliklə görməyə ümid edir" sözçü deyib.
Günel Məlikzadə