23 yaşlı universitet tələbəsi faciəvi şəkildə can verdi – FOTO
    • 13-05-2024, 14:39
    • 321

23 yaşlı universitet tələbəsi faciəvi şəkildə can verdi – FOTO

Türkiyənin Çanaqqala şəhərində 23 yaşlı universitet tələbəsi Zeliha Günəşi “Yeşilay Bisiklet Turu”na qatılmaq üçün məşq edərkən yük maşını vurub.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, ağır yaralanan Zeliha Günəş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Saxlanılan sürücü isə sərbəst buraxılıb. Zeliha Günəşin hadisə şahidi olan dostu “Biz heç yolda deyildik” deyə ifadəsində bildirib.. O, ifadəsində sürücünün qəza şəraitindən yayınmağa çalışdığını bildirib.