Kamran Ağayevə yüksək vəzifə verildi - RƏSMİ
    • 6-07-2023, 14:22
    • 287

Kamran Ağayevə yüksək vəzifə verildi - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib.

News24.az Agentliyə istinadən xəbər verir ki, sözügedən vəzifə Kamran Ağayeva həvalə olunub.

O, Agentliklə yanaşı, “Azercell Telecom” MMC-də Data idarəolunması şöbəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.