-
- 13-05-2024, 21:08
- 271
Aysunun paylaşımı QARŞIDURMA YARATDI
Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılovanın paylaşımı sosial şəbəkə izləyiciləri arasında qarşıdurma yaradıb.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçinin “İstəyirəm hər kəs işini-gücünü atsın, mənim nazımla oynasın» şərhi ilə təqdim etdiyi fotosu müzakirələrə səbəb olub. Bəziləri «biz niyə sənin nazınla oynamalıyıq, ərin oynasın” deyə, bu şərhə əsəbiləşib. Bu isə müğənninin sevənlərini bir-birinə vurub.
Tərəflər söz davasına çıxıblar:
“Özlərinə necə əl qatıblar e. Sizi demir ay millət, həyat yoldaşı, anası, qohum əqrəbasını nəzərdə tutur… Qız zarafata bir şərh yazıb, hamı başlayıb it nəfsini tökməyə… Bir xoş söz yazsanız, ölərsiz?..”
Qeyd edək ki, Aysun İsmayılova ikinci dəfə ailə həyatı qurub. Onun həyat yoldaşı hüquqşünasdır.