-
- 15-05-2024, 09:49
- 377
"Polşa heç bir qaçqını qəbul etməyəcək"
Polşanın baş naziri Donald Tusk, Avropa İttifaqı (Aİ) Şurasının yeni Miqrasiya və Sığınacaq Müqaviləsini təsdiqlədikdən sonra verdiyi açıqlamada ölkəsinin bu çərçivədə heç bir qaçqını qəbul etməyəcəyini bildirib.
News24.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında danışan Baş nazir Donald Tusk, Belarus qaçqınlarından başqa, müharibə səbəbiylə yüz minlərlə ukraynalı qaçqını qəbul etdiklərini və razılaşmada 20 min avro ödəmək müddəasını həyata keçirməyəcəklərini bildirib.
Tusk, "Aİ bizə immiqrasiya kvotası qoymayacaq. Heç bir immiqrant qəbul etməyəcəyik, heç bir ödəniş etməyəcəyik. Bununla belə, yüz minlərlə immiqrantı qəbul etdiyimiz üçün maddi dəstək almağa davam edəcəyik”.
Günel Məlikzadə