Mark Zukerberq 40 yaşında - Yoldaşından xüsusi hədiyyə
    • 15-05-2024, 12:58
    • 333

Mark Zukerberq 40 yaşında - Yoldaşından xüsusi hədiyyə

Facebook, WhatsApp və Instagram-ın ana şirkəti olan Meta-nın baş direktoru Mark Zukerberq 40 yaşını qeyd edib.

News24.az xəbər verir ki, var-dövləti ilə tez-tez ad çıxaran milyarder sosial media hesabında qızları və həyat yoldaşı ilə çoxlu fotolarını paylaşıb.

Ad günü partisi üçün həyat yoldaşı Priskillaya təşəkkür edən Zukerberq, "Priskilla mənim üçün kiçik bir ziyafət verib və gəncliyimdə yaşadığım bir çox yeri canlandırıb" deyib.


Xüsusilə Zukerberqin ad günü üçün kodlamağı öyrəndiyi otaq bəzədilib.

Zukerberq milyarder Bill Qeytslə bir araya gəldiyi kadrı belə şərh edib: "Facebook-u qurduğum Harvarddakı yataqxana otağım (xüsusi qonaqla)."

Milyarder bu (aşağıdakı) şəklin altına belə yazıb: "100 milyon insana çatana qədər yaşadığım ilk mənzilim".

Zukerberq “Qızlarıma böyüdüyüm otağı göstərirəm” deyərək qızları ilə birlikdə poza verməyi də unutmayıb.

Qeyd edək ki, 2012-ci ildə Priscilla Chan ilə ailə quran Zukerberqin Maksima, Avqust və Aureliya adlı üç qızı var.

Onu da bildirək ki, Zukerberq Forbes-in dünyanın ən varlı adamları siyahısında 4-cü yerdədir.

Günel Məlikzadə