İsrail Hizbullahın komandirini öldürdü
    • 15-05-2024, 22:40
    • 265

İsrail Hizbullahın komandirini öldürdü

İsrail qüvvələri Hizbullahın daha bir yüksək rütbəli komandirini öldürüb.

News24.az xəbər verir ki, Livanın dövlət mediası dünən ölkənin cənubunda bir avtomobilə İsrailin hücumu nəticəsində iki nəfərin öldüyünü bildirsə də, İranın dəstəklədiyi Hizbullaha yaxın mənbə ölənlər arasında səhra komandirinin də olduğunu bildirib.

Rəsmi Milli Xəbər Agentliyi "Tir-əl-Huşun əsas yolunda bir avtomobili hədəf alan düşmən pilotsuz təyyarəsinin hücumu nəticəsində iki nəfər şəhid olub" deyib.

Hizbullah bu gün səhər saatlarında verdiyi açıqlamada Hizbullahın cənub cəbhəsindəki yüksək səviyyəli səhra komandiri Hüseyn İbrahim Məkkinin öldürüldüyünü açıqlayıb.

İsrail ordusu da açıqlamasında bu məlumatı təsdiqləyib.

AFP-nin məlumatına görə, Livanda 7 aydır davam edən transsərhəd hücumlarda 79-u mülki şəxs olmaqla azı 413 nəfər həlak olub.

İsrail sərhəddə 14 əsgər və 10 mülki vətəndaşın öldürüldüyünü açıqlayıb.

Hər iki tərəfdən on minlərlə insan didərgin düşüb.

Günel Məlikzadə